1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yeni "iPhone Air" sanki fizikanın qanunlarına meydan oxuyur - bu model həm dizayn, həm də texnoloji baxımdan brend tarixində ən cəsarətli addımlardan biridir.
Rekord dərəcədə incə və yüngül
"Apple" tarixinin ən nazik və yüngül "iPhonu" statusunda olan "Grade 5" titan korpusu ilə 5.6 mm qalınlıqda və cəmi 165 qram çəkidə olan bu cihaz həm möhkəm, həm də zərifdir.
Kamera və performans
48 MP "Fusion" kamera ilə 2 kamera funksiyası birində birləşərək daha parlaq, detallı və yüksəkkeyfiyyətli fotoşəkillər yaradır, 18 MP ön kamera isə "Center Stage" dəstəyi ilə qrup selfilərində heç kimi kənarda qoymur.
Cihazın ürəyi - "A19 Pro" prosessoru. Bu çip, "iOS 26" və "Apple Intelligence" ilə birlikdə, süni intellekt funksiyalarını və yüksək performansı bir araya gətirərək "iPhone Air"ı yeni nəsil ağıllı telefonlara çevirir.
Tam rəqəmsal - SIM yerinə yalnız e-SIM!
Bu modelin ən çox danışılan xüsusiyyəti isə yalnız e-SIM ilə işləməsidir. Fiziki SIM yuvası yoxdur, bütün proses tam rəqəmsal həyata keçirilir. Bu, istifadəçiyə daha rahat və fasiləsiz rabitə təklif edir.
"iPhone Air" ilə 8 və ya daha çox e-SIM profilini yaddaşda saxlaya bilir. Eyni anda 2 aktiv nömrə istifadə etmək mümkündür - məsələn, biri şəxsi, digəri iş üçün. 190-dan çox ölkədə dəstək sayəsində səyahət zamanı yerli tarif qoşmaq saniyələr çəkir.
e-SIM texnologiyası ilə üstün təhlükəsizlik.
Fiziki kart olmadığı üçün onu çıxarmaq və ya itirmək mümkün deyil. Cihaz itirilsə belə, nömrə şifrələnmiş şəkildə qorunur. Nömrə və profil istənilən vaxt uzaqdan deaktiv edilə bilər.
Azərbaycanda keçid prosesi
Yeni "iPhone Air" satışa çıxanda artıq hazır olmaq üçün mövcud fiziki SIM-i e-SIM-ə keçirmək çox asandır.
"Azercell"
"Azercell"in veb-saytında "Sim-dən e-SIM-ə keçid" bölməsinə daxil olun, məlumatları doldurun və onlayn keçidi tamamlayın.
İstəsəniz, "Azercell" mağazasına yaxınlaşaraq şəxsiyyət vəsiqənizi təqdim edin - əməkdaş e-SIM-i bir neçə dəqiqəyə aktivləşdirir.
"Nar"
"Nar" tətbiqində "e-SIM sifariş et" seçimini edin və nömrənizi e-SIM-ə keçirin.
Mağazada da prosesi yerində başa çatdırmaq mümkündür.
"Bakcell"
"Bakcell" tətbiqində "Nömrəmi e-SIM ilə dəyişdir" funksiyasını seçin və təlimatları izləyin.
Həmçinin "Bakcell" mağazasında da e-SIM dərhal aktivləşdirilir.
Hazırlıq üçün qısa məsləhətlər
- Operatorunuzun e-SIM xidmətini indi yoxlayın;
- Şəxsiyyət vəsiqənizi hazır saxlayın.
İlk dəfə "iPhone Air"ı əlinizə götürdüyünüz an həm dizayn, həm də texnologiyanın fərqini hiss edəcəksiniz. E-SIM sayəsində isə bu təcrübə dərhal başlayır.