RU

Yeni iPhone Air: Apple ın ən incə modeli və yalnız eSIM ilə gələn yeni dövr

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni iPhone Air sanki fizikanın qanunlarına meydan oxuyur – bu model həm dizayn, həm də texnoloji baxımdan brend tarixində ən cəsarətli addımlardan biridir.

Rekord dərəcədə incə və yüngül

Apple tarixinin ən nazik və yüngül iPhonu statusunda olan Grade 5 titan korpusu ilə 5.6 mm qalınlıqda və cəmi 165 qram çəkidə olan bu cihaz həm möhkəm, həm də zərifdir.

Kamera və performans

48 MP Fusion kamera ilə 2 kamera funksiyası birində birləşərək daha parlaq, detallı və yüksək keyfiyyətli fotoşəkillər yaradır, 18 MP ön kamera isə Center Stage dəstəyi ilə qrup selfielərində heç kimi kənarda qoymur.

Cihazın ürəyi - A19 Pro prosessoru. Bu çip, iOS 26 və Apple Intelligence ilə birlikdə, süni intellekt funksiyalarını və yüksək performansı bir araya gətirərək iPhone Air-ı yeni nəsil ağıllı telefonlara çevirir.

Tam rəqəmsal – SIM yerinə yalnız eSIM!

Bu modelin ən çox danışılan xüsusiyyəti isə yalnız eSIM ilə işləməsidir. Fiziki SIM yuvası yoxdur, bütün proses tam rəqəmsal həyata keçirilir. Bu, istifadəçiyə daha rahat və fasiləsiz rabitə təklif edir.

iPhone Air ilə 8 və ya daha çox eSIM profilini yaddaşda saxlaya bilir. Eyni anda 2 aktiv nömrə istifadə etmək mümkündür - məsələn, biri şəxsi, digəri iş üçün. 190-dan çox ölkədə dəstək sayəsində səyahət zamanı yerli tarif qoşmaq saniyələr çəkir.

eSIM texnologiyası ilə üstün təhlükəsizlik!

Fiziki kart olmadığı üçün onu çıxarmaq və ya itirmək mümkün deyil. Cihaz itirilsə belə, nömrə şifrələnmiş şəkildə qorunur. Nömrə və profil istənilən vaxt uzaqdan deaktiv edilə bilər.

Azərbaycanda keçid prosesi

Yeni iPhone Air satışa çıxanda artıq hazır olmaq üçün mövcud fiziki SIM-i eSIM-ə keçirmək çox asandır.

Azercell

Azercell-in vebsaytında "Sim-dən eSIM-ə keçid" bölməsinə daxil olun, məlumatları doldurun və onlayn keçidi tamamlayın.

İstəsəniz, Azercell mağazasına yaxınlaşaraq şəxsiyyət vəsiqənizi təqdim edin - əməkdaş eSIM-i bir neçə dəqiqəyə aktivləşdirir.

Nar

Nar tətbiqində "eSIM sifariş et" seçimini edin və nömrənizi eSIM-ə keçirin.

Mağazada da prosesi yerində başa çatdırmaq mümkündür.

Bakcell

Bakcell tətbiqində "Nömrəmi eSIM ilə dəyişdir" funksiyasını seçin və təlimatları izləyin.

Həmçinin Bakcell mağazasında da eSIM dərhal aktivləşdirilir.

Hazırlıq üçün qısa məsləhətlər

Operatorunuzun eSIM xidmətini indi yoxlayın

Şəxsiyyət vəsiqənizi hazır saxlayın

İlk dəfə iPhone Air-ı əlinizə götürdüyünüz an həm dizayn, həm də texnologiyanın fərqini hiss edəcəksiniz. eSIM sayəsində isə bu təcrübə dərhal başlayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
2
baku.ws

3Источники