RU

"Benfika"nın U-19-u "Qarabağ"lıları darmadağın edir - YENİLƏNİR

“Qarabağ”ın əsas komandası Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Benfika”nın qonağı olacaqsa, U-19 da Gənclər Liqasının 1-ci turunda həmin rəqibin yeniyetmələriylə qarşılaşacaq.

Gənclər Liqası, 1-ci tur
Benfika U-19 – Qarabağ U-19 6:0

Hakimlər: CEYMİ ROBİNSON, Adam Ceffri, Brayan Uilson (Şimali İrlandiya), Dioqo Roza (Portuqaliya).
16 sentyabr. Seyxal, “Futbol Kampus”. Saat 14.00.

Əlbəttə, gənc futbolçularımızın da çox çətin sınaqla üz-üzə olduğunu bilirik. Düzü, onlardan möcüzə gözləmək fikrində deyilik. Təbii ki, sürprizə “yox” demərik, ancaq təəssüf ki, bu komanda da oyundan əvvəl bəzi problemlərlə üzləşib. Belə ki, “Qarabağ” məhz Gənclər Liqasında qənaətbəxş nəticələr qazana bilmək üçün heyətə iki legioner futbolçu cəlb edib. Bunlar Nigeriyanın “Beyond Limit” akademiyasının yetirmələri olan vinger Muyiden Olude və hücumçu Toheb Abiodundu. Hər ikisi nigeriyalıdı. İş ondadı ki, klub Şengen vizası ilə bağlı məsələni həll edə bilmədiyi üçün adı çəkilən futbolçular “Benfika” ilə matçda komandaya yardım edə bilməyəcək.

Ümumiyyətlə, “köhlən atlar” bu turnirin iştirak ərizəsinə 4-ü legioner olmaqla 32 oyunçunun adını daxil edib. Onlardan 4-ü qapıçı, 12-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 6-sı hücumçudu: qapıçılar - Tunar Qasımov, Teymur Həsənov, Elşən Nəsirov, Bilal Hacıyev; müdafiəçilər – Əli Abışev, Məsud Əlişanlı, Rəşad Alışov, Emil Binyatzadə, Həbib Qədimov (Rusiya), Uğur Qurbanlı, Cavid Məlikov, Cavid Məmmədov, Səbuhi Niftiyev, Amin Rzayev, Rəvan Teymurov, Əhməd Vəliyev; yarımmüdafiəçilər – Eltun Babazadə, Əli Bəşirov, Əli Qazıbəyov, Ahmet Levent Gülenç (Türkiyə), İlkin Hacıyev, Əbdüləziz Cabbarlı, Hikmət Cəbrayılzadə, Elton Mikayılov, Mehdi Mütəllimli, Əliəkbər Rzazadə; hücumçular - Toheb Abiodun, Muyiden Olude, Əli Əliyev (2018-ci ildən klubdadı), Əli Əliyev (2024-cü ildən klubdadı), Əli İbrahim, Şahismayıl Cəfərov.

Sonda sizi Ağdam təmsilçisinin qalan oyunlarının təqvimiylə tanış edirik: 2-ci tur, 1 oktyabr: “Qarabağ” – “Kopenhagen” (Danimarka); 3-cü tur, 22 oktyabr: “Atletik” (İspaniya) – “Qarabağ”; 4-cü tur, 5 noyabr: “Qarabağ” – “Çelsi” (İngiltərə); 5-ci tur, 25 noyabr: “Napoli” (İtaliya) – “Qarabağ”; 6-cı tur, 10 dekabr: “Qarabağ” – “Ayaks” (Niderland).

36 iştirakçının mübarizə aparacağı mərhələdə 1-22-ci yeri tutan komandalar 1/16 finala yüksələcək.

KƏNAN BAHADIR

Избранный
58
football-plus.az

1Источники