RU

Azərbaycanda həbsdə olan livanlı erməni muzdlunun aclıq etməsi xəbəri təsdiqini tapmayıb

Erməni mətbuatında Azərbaycanda terrorçuluğa görə 20 il müddətinə azadlıqdan məhrum edilmiş Eulcekciyan Viken Abrahamın guya aclıq etməsi barədə yenidən məlumat yayılır.

Xatırladaq ki, bir müddət əvvəl analoji məlumatlar dərc olunarkən bu məlumatların həqiqətə uyğun olmaması və məhkumun hazırda cəzasını çəkməsi ilə bağlı informasiyalar yayıldı.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Qarabağda döyüşən livanlı muzdlu Eulcekciyan Viken Abraham aclıq etmir və hazırda cəzasını çəkir.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekciyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, o, cəzasının ilk beş ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Избранный
2
20
ucnoqta.az

10Источники