RU

ARDNF qarşıdakı 4 ildə büdcəyə olan transfertləri 6-12 faiz azaldacaq - PROQNOZ  

2026-cı ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 750 milyon manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) olan transfertlərin payına düşəcəyi proqnozlaşdırılır.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ARDNF-in dövlət büdcəsinə transferti cari il üzrə 14 milyard 481 milyon manat təsdiq olunub. Bu göstərici 2026-cı il üzrə 12 milyard 750 milyon manat (cari ildən 12 faiz az), 2027-ci il üzrə 11 milyard 900 milyon manat (əvvəlki ildən 6,67 faiz az), 2028-ci il üzrə 11 milyard 50 milyon manat (əvvəlki ildən 7,14 faiz az), 2029-cu il üzrə isə 10 milyard 200 milyon manat (əvvəlki ildən 7,69 faiz az) proqnozlaşdırılıb.

Избранный
47
1
azerbaijan-news.az

2Источники