RU

"Sabah"ın forvardı: "Neftçi" ilə görüşlər derbidir, istəyərdik ki, stadionda daha çox azarkeş olsun"

"Neftçi"yə qarşı görüş çətin alındı. "Neftçi" yaxşı komandadır. Biz də öz oyunumuzu oynamağa çalışdıq. Oyunun gedişində taktiki cəhətdən bir az dəyişiklik etmişdik. Bərabər səviyyəli oyun alındı. Hər halda, matçın sonunda xalla ayrıldıq. Əlbəttə ki, "Neftçi" ilə oyunlar maraqlı keçir. Bakı komandalarının oyunudur, derbidir. Amma düzü, istəyərdik ki, stadionda daha çox azarkeş olsun. Hər halda, bu, futbol üçün də yaxşıdır. Hər halda, biz meydana çıxırıqsa, qalibiyyət üçün çalışırıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Sabah"ın kapitanı Pavol Şafranko deyib.

Masazır təmsilçisinin hücumçusu komandasının Misli Premyer Liqasında 3 oyuna 4 xal qazanmaqlarını şərh edib: "Mövsüm hələ yeni başlayıb. Normaldı deyə bilmərəm. Amma çalışırıq ki, qələbələr qazanaq. Yeni baş məşqçimiz var. Sistemi meydanda oturtmağa çalışırıq. Hamımız birlikdə bunun üçün əlimizdən gələni edirik. Prosses hələ də gedir. Yaxşı olmalıdır".

Şafranko "Sabah"ın çempionluq şanslarını da dəyərləndirib: "Çempionluq şansı həmişə var. Hər bir komanda "Kəpəz", "İmişli"nin də çempion olmaq şansı var. İstənilən komanda meydana qalibiyyət üçün çıxır. Mövsümün əvvəlidir. Bu suala indi cavab verə bilmərəm".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
27
2
sportal.az

3Источники