RU

“Bakı və İrəvan sülh sazişi gələn ilin avqustunda imzalana bilər”

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məlum olduğu kimi, Ermənistan tərəfi Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, bu günlərdə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan da bu barədə fikir bildirib.

O deyib ki, Ermənistan Azərbaycanla sülh sazişini martın 13-də imzalamağa hazırdır.

Qeyd edək ki, ötən günlərdə Türkiyənin XİN başçısı Hakan Fidan da bu barədə danışıb. O deyib ki, Azərbaycanla Ermənistan arasında gələn ilin birinci rübündə sülh sazişinin imzalanacağına ümid edir.

Bildirək ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması şərtlərini açıqlayıb. Buraya Ermənistan Konstitusiyası və İstiqlal Bəyannaməsinin dəyişdirilməsi daxildir. Rəsmi Bakı bəyan edib ki, hər iki sənəddə Azərbaycana qarşı konkret ərazi iddiaları var və onlar çıxarılmalıdır.

Amma Ermənistan tərəfi həmin sənədlərdəki vacib olan dəyişikliklərə getmədən, saziş imzalamağın tərəfdarıdır. Rəsmi İrəvan iddia edir ki, konstitusiyada belə bir şey yoxdur. İstiqlal Bəyannaməsi isə konstitusiyanın tərkib hissəsi deyil.

Bəs, tərəflər arasında saziş nə zaman bağlana bilər? Bununla bağlı Tribunainfo.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanması İrəvandan asılı məsələdir. “Azərbaycan hər zaman bildirib ki, sənədə qol çəkməyə hazırdır. Ermənistan da analoji bəyanatla çıxış edir. Lakin ortada ərazi iddiasının açıq şəkildə təsbit olunduğu konstitusiya və İstiqlal bəyənnaməsi var. Onlarda Azərbaycana qarşı ərazi iddialarına dair müddəalar çıxarılmayınca, rəsmi Bakının sazişə imza atması mümkün deyil”.

Ekspert qeyd edib ki, Azərbaycan bu məsələdə haqlıdır. “Təbii ki, Azərbaycan haqlıdır. Üstəlik, imkan varkən, problemləri də kökündən həll etmək lazımdır. Rəsmi Bakı ona ərazi iddiası edən və bunu ən ali qanununda qeyd edən bir dövlətlə necə sülh sazişi imzalaya bilər? Bu absurd bir şey olar. Həmin sazişə güvənmək də mümkün olmaz”.

Fəraməzoğlu vurğulayıb ki, Ermənistan sözügedən iki tələbi yerinə yetirdikdən sonra saziş imzalana bilər ki, bu da ən yaxşı halda Ermənistanda keçirləcək parlament seçkilərindən sonraya təsadüf edə bilər. “Ermənistan yayda parlament seçkilərinə hazırlaşır. Həmin müddətə qədər konstitusiyanı dəyişdirmək üçün referenduma getməyəcəyini də bildirib. Belə olan halda, ən yaxşı vəziyyətdə parlament və referendum bir gündə keçirilə bilər. Nəticədə, Azərbaycanla Ermənistan arasında başqa problemlər meydana çıxmasa, yayın sonları, məsələn, avqust ayı imzalana bilər”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
1
tribunainfo.az

2Источники