RU

Xalq artisti Hacı Murad Yagizarov dəfn olundu

Xalq artisti Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunub.
 
Moderator.az xəbər verir ki, Xalq artistinin dəfn mərasimində Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, yaxınları və ailə üzvləri iştirak ediblər.
 
Qeyd edək ki, Xalq artisti Almaniyada müalicə aldığı xəstəxanada uzun sürən xəstəlikdən vəfat edib. Onun nəşi bu gün səhər saatlarında Azərbaycana gətirilib.
 
13:34
 
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir Məscidində vida mərasimi başa çatıb.
Moderator.az xəbər verir ki, Xalq artistinin vida mərasimində Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev, Rusiyanın TASS agentliyinin sabiq direktor müavini Mixail Qusman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunacaq.
 
12:17
 
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.
 
Moderator.az xəbər verir ki, xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
 
***
 
Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirilib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, cənazəni gətirən təyyarə Bakıya eniş edib.
 
Mərhumla bu gün Təzəpir məscidində vida mərasimi keçiriləcək.
 
Daha sonra nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
 
Qeyd edək ki, Hacı Murad Yagizarov sentyabrın 13-də uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib.
 
Избранный
79
12
moderator.az

10Источники