RU

“Görəcəyimiz işlər çoxdur” Hacıyev

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Turan Tovuz” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. Bölgə təmsilçisi “Neftçi”dən sonra “Qəbələ”yə də minimal hesabla (1:0) qalib gəlib.

Komandanın futbolçusu Faiq Hacıyev “Futbolpress.az“a açıqlamasında son turda qazanılan qələbəni şərh etdi:

“Çətin oyun olacağını bilirdik. “Qəbələ”nin gənc və sürətli hücumçuları var. Bizə çətinlik yaşadacaqlarını anlayırdıq. Səbirli olduq və hücumlara qarşılıq verməyə çalışdıq. Sonda istədiyimiz nəticəni əldə etdik. “Qəbələ” hər oyunda demək olar, ilk qolu vuran tərəf idi. Bunu bilib, buna uyğun taktiki gedişlər etdik. Fasilədən sonra isə yaxşı oynayaraq qələbə qazandıq”.

Hacıyev komandanın 4 oyuna 9 xal qazanmasını qənaətbəxş hesab edir. O, növbəti turun “Sabah”la səfər matçına da toxundu:

“Çalışırıq ki, maksimum nədirsə, onu edək. İndi 9 xal qazanmışıq və hələ bu, nəsə demək deyil. Qarşıda görəcəyimiz işlər çoxdur. Növbəti turda “Sabah”la çətin oyun var. Maraqlı görüş olacaq. Hər matçda olduğu kimi bu oyuna da qələbə üçün çıxacağıq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
43
futbolpress.az

1Источники