RU

Lvov operasının gənc balet artisti müharibədə həlak olub

Ukraynanın Lvov Milli Operasının balet artisti Dmitri Paseçnik cəbhədə həlak olub. O, bu ilin iyun ayında hərbi xidmətə başlayıb.

Herbiand.az bildirir ki, bu barədə Operanın rəsmi Facebook hesabında bildirilib.

“Təəssüflə balet artisti Dmitri Paseçnikin vəfatı barədə məlumat veririk. Dmitri ötən ilin oktyabr ayından teatrın balet truppasında işləyib. 2025-ci ilin iyununda Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub”, - qeyd edilib.

Sənətçinin həmkarları ailəsinə başsağlığı veriblər, lakin onun ölümünün təfərrüatlarını açıqlamayıblar.

Bəxtiyar CƏFƏRLİ

Избранный
49
herbiand.az

1Источники