RU

Bakı İstanbul: İki Onkoloji mərkəz arasındakı fərq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevil Nuriyeva, jurnalist:

- Alla Puqaçovanın müsahibəsini böyük həvəslə izlədim. Fikirlerinə qatılmadığım bir çox məqamların olmasına rəğmən, gerçəkdən gözəl müsahibə idi. Peşəkar müsahibə alma nöqtəyi nəzərden isə ilətişim fakültələrində istifadə ediləcək nəzəri bilgilərlə dolu idi. Rusiyanı tənqid edən də, etməyən də, müdafiə edən də, etməyən də ola bilər. Amma maraqlı və öyrənilməsi lazımdır. Sadəcə milli reflekslərlə analiz ediləcək ölkə, tarix və xalq deyil. Soyuqqanlı analiz edən insanlara ehtiyac vardır.

Fərid Pərdəşünas, texnobloger:

- Almaniyanın sürət limiti olmayan yollarını sınaqdan keçirmək nəhayət qismət oldu. Yol infrastrukturu möhtəşəmdir, amma bunu möhtəşəm etmək üçün edilən davamlı təmirlər də bir o qədər bezdiricidir.

Götürdüyüm avtomobil ilə bağlı suallar gəlirdi. Bu səfərimdə "Volkswagen Tiquan" götürmüşdüm. Avtomobilin yürüş məsafəsi mən götürəndə 1060 km idi. Yəni məndən əvvəl cəmi 1 müştəri istifadə etmişdi. Elə bil salondan yeni maşın alıb sürürmüşsən kimi.

Qiymətə gəlincə: 7 sentyabr səhər götürüb - 12 sentyabr səhəri qaytardım və cəmi 250 dollar ödəniş etdim. Düşünürəm ki, çox sərfəli idi.

Benzin sərfiyyatım hər 100 km üçün 6 l. Hər litr benzin üçün 1.68 avro ödədim. Şəhərlərarası qiymətə fikir vermədən benzin vurduğum yerlərdə 2.20 avroya satdıqlarını sonradan gördüm.

Parkinq qiymətləri mərkəzdə 1 saat üçün 4 avro. Bəzi mallarda 1 saata 2 avro ödədim. Xüsusi qatara yaxın yerlər var ki, P+R (Park and Ride) adlanır. Maşını günlük 2 avroya saxlayıb qatar və metro ilə səyahət etmək olur.

Tədbir ərazisində media olduğum üçün pulsuz park edə bilirdim. Ümumi benzin, parkinq və rent üçün maşın götürdüyüm günlərdə xərcim 931 manat oldu. Toplam sürüş məsafəm 1700 km.

Azər Rəşidoğlu, jurnalist:

- Müşahidəni sevirəm. Şərh verməyəcəm. Son 1 ildə müşahidə etdiyim 2 hadisə:

Bakı. Milli Onkologiya Mərkəzi. Basabas (buna növbə demək olmaz):

- Allah qapınızı bağlasın. Allah bəlanızı versin. Başınıza gəlsin. Dilənçilər...

İstanbul. Hisar hospital. Onkoloji mərkəz. Növbə. Pasiyentlər arasında söhbət:

- Allah həkimlərimizi qorusun. Güvənli yerdəyik. Xəstəliyi birlikdə yenəcəyik...

Məhsəti Musa, jurnalist:

- Hamı səhv edə bilər. Bu, normaldır. Amma səhvini anlayıb üzr istəmək bir mədəniyyətdir. Üzr istəməsən belə, ən azından susa bilərsən. Fəqət özünü sındırmamaq üçün etdiyin səhvi anlaya-anlaya inadkarcasına özünə haqq qazandırmaq...

Bax bunun adını demək istəmirəm.

Orxan Fikrətoğlu, Əməkdar incəsənət xadimi:

- Sosial şəbəkələr cahilliyin müntəxabatıdır...

Bu xaotik vakxanaliyanı yaradan siyasi zehniyyat yaxşı ilə pisi, fərdi zövqlə kütləviliyi, elmlə helmi, ağıllı ilə ruhi xəstəni eyni müstəvidə miks edib cahil bir ortam yaradıb. Daha alim ilə özündən bixəbər nadanın bu platformalarda heç bir fərqi qalmayıb. Cahil dünya siyasətindən elə ürəklə danışır ki, Makiovelli qəbrində dombalaq aşır. Alimin düz sözünə isə əlli min nakəs qulp qoyur. Şəxsi qərəzlik, paxıllıq, nadanlıq fərdlərə şərh adıyla çamur kimi atılır. Və doğru gündəmdən çıxarılır.

İnanmırsınız, bu mətnə veriləcək şərhlərin absurdluğuna diqqət edin.

Mövcud zehni mühiti düşünün..

Məncə, bu platformalar cəmiyyəti mənfi zəmində tamam kütləviləşdirdi. Proletar diktaturası əslində bu gün yaşanır. Fərdlər və fərqlilər dışlanır..

Xaqani Səfəroğlu, jurnalist:

- SSRİ Xalq artisti Alla Puqaçova böyük bir müsahibə verib. Müsahibə o qədər geniş rezonans doğurub ki, insanlar bütün sosial şəbəkə boyu onu müzakirə edirlər...

Müsahibəyə baxdıqca sovet rəhbəri Leonid Brejnev barədə deyilən bir anektodu xatırlayırdım. Təqribən belə idi: "50 ildən sonra "Brejnev kimdir?" soruşsalar, cavab nə olacaq: "Alla Puqaçova epoxasında yaşamış xırda siyasətçi..."

Hər zarafatda gerçəkliyin payı var deyirlər.

Bu müsahibə o gerçəkliyi göstərir.

Alla Puqaçovanın bu müsahibəsi Rusiyanı tövbəyə çağıran bir mesajdır.

Müsahibə boyu Puqaçova müharibə barədə bir kəlmə demir, amma həm də Ukraynadakı mənasız müharibədən danışır, buna etiraz edir, bunun səbəbkarlarını lənətləyir.

Humanizmə, tövbəyə çağırmaq, bağışlamaq müharibə dəllalarının ən qorxduğu mesajdır...

Puqaçova bu müsahibə ilə Rusiyanın son 30 illik dövrünün "qapısı"nı bağlayır.

Onu dinlədikcə, insan ömrü göz önündən keçir, azadlığını və həqiqəti bir tikə çörəyə dəyişənlərin əzabını duyursan.

Puqaçova bütün günü onu efirdən söyən həmkarlarına bir kəlmə də artıq söz demir, onlar barədə elə hörmətlə danışır ki...

İsa Məsih misalı kimi...

Allanın "azadlıq, yoxsa təhlükəsizlik?" sualına cavabı yaddalandır: "Əlbəttə, azadlıq. Azad insan təhlükəsizliyini özü müəyyən edə bilir". Təqribən belə bir cavab.

Puqaçova müharibənin əleyinə olduğunu çəkinmədən deyir... Bər-bəzəkli təbliğatla deyil, gerçək həqiqətləri bilməyə çağırır...

"Həqiqətin əlindən hara qaçmaq olar ki?" - Alla sual edir.

Doğrudan da elədir.

Cəmi 2 günə müsahibəyə baxış sayı 10 milyona çatıb.

Kamran Kazımoğlu Musayev, professor:

- Prof.Dr. İBRAHİM YILDIRIM!

Türkiyənin və dünyanın tanınmış plastik və rekonstruktiv cərrahı...

Türk dünyası və Azərbaycan üçün onlarla cərrahın yetişməsində əvəzsiz xidmətləri olan...

Ölkələrimizdə mədəni intibahın yorulmaz savaşçısı...

Azərbaycandan yüzlərlə tələbənin Türkiyənin ən yaxşı universitetlərində tibb təhsilinə yiyələnməsinin bilavasitə təşkilatçısı...

Məhz İbrahim hocanın təşəbbüsü ilə müstəqil Azərbaycandan dövlət xətti ilə ilk dəfə ali tibb təhsili almağa gedənlərdən biri də mən olmuşdum. O gündən bugünə qədər İbrahim hoca və dəyərli həyat yoldaşı Fügen xanım, sözün əsl mənasında həyatımın mayak nöqtəsi oldular!

Bugün isə hocamızı əbədiyyətə uğurlayırıq. İçimdən bir parça da İbrahim hocayla birlikdə əbədiyyətə uçdu...

Ruhu şad olsun!

Tural Cəfərov, yazıçı:

- İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibəti ilə Çinin keçirdiyi görkəmli hərbi paradın üzərindən bir neçə gün keçsə də, müzakirəsi hələ də davam edir. Bu hərbi paradda Çinin nümayiş etdirdiyi silahlar tarixin bundan sonrakı dövrünün əsas istiqamətlərini göstərir.

On-on beş il özü-özlüyündə çox görünə bilər, ancaq dövlətlər üçün bu dövr ötəridir. Və bir çox nüfuzlu beynəlxalq təşkilat, iqtisadçı ekspert Çinin ən uzağı 15 il ərzində dünya iqtisadiyyatının lideri olacağını və Ümumi Daxili Məhsul (ÜDM) həcmində ABŞ-ı keçəcəyini bildirir. Doğrudur, hazırda Çin ABŞ-dan geri qalır. Belə ki, 2024-cü ildə Çinin 19 trilyon dollar olduğu halda ABŞ-da isə bu göstərici 29 trilyon dollardır.

Halbuki 1989-cu ildə Çinin ÜDM-i 347 milyard dollar olduğu zaman ABŞ-nin ÜDM-i 5.6 trilyon dollar idi. Başqa sözlə desək, çox da uzaq olmayan 1989-cu ildə ABŞ iqtisadiyyatı Çindən 16 dəfə böyük idi. Hazırda isə fərq demək olar ki, bağlanmaqdadır. Trampın Çin əleyhinə tətbiq etdiyi iqtisadi sanksiyaların da mahiyyəti budur.

Çinin min illərlə tarixi olan yumşaq güc strategiyası var. Belə ki, Çin müharibəyə, hərbi təcavüzə bel bağlamayan, qonşuları ilə sülh şəraitində yaşamağa can atan bir ölkədir. Onun ABŞ kimi 80 ölkədə 750 hərbi bazası yoxdur. Çinin müdafiə xərcləri də ABŞ-dən təxminən 4 dəfə azdır (236 milyard dollar).

Ancaq Çinin hərbi strategiyası ölkəsinin müdafiəsi və düşmənlərin ona qarşı müdaxilədən çəkindirməyə əsaslanır. Bu mənada ABŞ başda olmaqla dünyada heç bir ölkənin Çinə hərbi təcavüz etməsi qeyri-mümkün görünür.

Çin Xalq Respublikası vətəndaş müharibəsindən sonra Mao Tsedunun liderliyi ilə 1949-cu ildə qurulub. SSRİ ilə çox yaxın münasibətləri olan Çinin ordusu da məhz Sovet ordusu tərəfindən hələ Vətəndaş müharibəsi illərindən modernləşdirilməyə başlanılıb. Çin ordusunu modernləşdirmək üçün Pekinə ezam edilən sovet generallarından biri də sonralar Stalinqrad müharibəsinin sərkərdəsi olan Vasili Çuykov idi. Xalq Respublikasından sonrakı dövrdə də SSRİ Çinin müdafiə sənayesinə böyük töhfələr verib.

Tarixin qəribə ironiyaları var. Bu ironiyalardan biri də heç şübhəsiz ki, 1969-cu ildə Çinlə SSRİ arasında sərhəd mübahisələrinin hərbi əməliyyatla bitməsidir. Belə ki, Çinin Zhenbao SSRİ-in Damanski adlandırdığı adaya görə keçirilən hərbi əməliyyatlarda yüzlərlə Sovet və Çin hərbçisi həlak oldu. Eyni qarşıdurma Qazaxıstan sərhədində də təkrarlandı. Stalinin ölümündən sonra başlanan siyasi gərginlik fonunda Çin SSRİ-ni "marksizmə xəyanət etmiş revizionist", SSRİ isə Çini "sosial şovinist" adlandırırdı. Hətta SSRİ-nin Çinə nüvə silahınn tətbiq edilməsi planını nəzərdən keçirtdiyi də qeyd olunurdu.

Müasir dövrdə isə Çinin görkəmli hərbi paradı bir çox mesajla verir. Bu mesajların birincisi və ən mühümü Çinin super güc olduğu mesajıdır. Belə ki, Çinin nümayiş etdirdiyi silahlar onun dünya nizamında əhəmiyyətli rola yiyələndiyini göstərir. Paradda 12 min kilometr uçuş məsafəsi olan qitələrarası ballistik raketlər, hipersonik silahlar, lazer müdafiə cihazları, süni intellektlə təchiz edilən tanklar, böyük miqdarda hərbi təchizat və yaralı əsgərləri daşıya bilən robotlar, sualtı dronlar nümayiş edildi.

Burda əsas məqam bu silahların keyfiyyəti, vurucu gücü və döyüş qabiliyyəti ilə yekunlaşmır. Məşhur bir misalda da deyildiyi kimi, müharibədə daha çox istehsal gücünə malik olanlar qalib gəlir. Çin nəhəng istehsal gücünə malik olan ölkədir. Mümkün müharibə ssenarisində heç bir ölkə bir ayda yüzlərlə gəmi istehsal etməyi bacaran bir sənaye ilə qarşı-qarşıya gəlmək istəməz. Çinin əsas gücü də budur, çox böyük miqdarda istehsal gücü...

Əlbəttə ki, Çinin hazırda 2 milyondan çox aktiv hərbçisinin olduğunu da unutmaq olmaz. Bu dünyanın ən böyük ordusudur. Qeyd olunan hərbi silah və sursatlarla birlikdə bu ordu heç şübhəsiz ki, dünyanın ən güclü ordusu olmağa layiqdir.

Çinin qələbə paradında bütün bu mesajların güclü bir şəkildə verilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
525.az

1Источники