RU

Süni İntellektin əvəz edə bilməyəcəyi yeganə peşə məlum olub

 

Alimlərin fikrincə, süni intellektin sürətli inkişafı dövründə də tarixçilərin rolu yalnız artır. Səbəb odur ki, heç bir alqoritm keçmiş hadisələrin emosional və mənəvi dərinliyini tutmağa qadir deyil. 

 

Missiya.Az xarici meddiaya istinadən xəbər verir ki, bunu Kornel Universitetinin nasist Almaniyasının tarixi üzrə mütəxəssisi Yan Burzlaff deyib. Onun fikirləri  Rethinking History (RH) jurnalında dərc olunub.

 

Tədqiqatında alim ChatGPT-nin Holokost qətliamından dan sağ çıxanların ifadələrini necə təkrarladığını təhlil edib.

 

Məlum olub ki, süni intellekt ən vacib detalları qaçırır. 

"Əgər süni intellekt müasir tarixdə bəşəriyyətin iztirablarının zirvəsi olan bu cür səhnələri belə çatdıra bilmirsə, o, daha "incə" hekayələri təhrif edəcək", - Burzlaff vurğulayıb. "Tarixçilərə ehtiyac var, çünki onlar dinləyib şərh edə bilirlər. Süni intellekt yalnız ümumiləşdirə bilər".

 

Elcan

Missiya.Az

Избранный
4
2
missiya.az

3Источники