RU

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 60 milyon manata çatıb

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyul aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 59 milyon 570 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 288 min manat və ya 0,5% çoxdur. Ötən ilin yanvar-iyul ayında bu növ üzrə sığorta yığımlarının məbləği 59 milyon 282 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 101 min manat və ya 5,7% azalaraq 1 milyon 671 min manata enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
1
banco.az

2Источники