RU

Ozon təbəqəsi bərpa olunur

BAKI, 16 sentyabr. TELEQRAF

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, 2024-cü ildə ozon dəliyi 2020-2023-cü illərlə müqayisədə kiçilib.

Teleqraf xəbər verir ki, təşkilat ozonun bərpasına təbii atmosfer hadisələri və təbəqəni məhv edən maddələrin istifadəsinin tədricən bəzi qurğulardan çıxarılmasının təsirinin olduğunu düşünür.

Meteoroloqların 2022-ci il üçün hesablamalarına görə, bu əsrin ortalarında ozon təbəqəsi 1980-ci illərin səviyyəsinə çata bilər. Onun 2045-ci ilə qədər Arktika üzərində, 2066-cı ildə isə Antarktika üzərində bərpa olunacağı gözlənilir.

Yer kürəsinin atmosferində ozon təbəqəsinin aşınması planetin səthində zərərli ultrabənövşəyi şüaların artmasına səbəb olur. Bu, insanlarda dəri xərçəngi və kataraktaların artmasına, eləcə də bitki və heyvanlara zərər verir.

Избранный
63
teleqraf.com

1Источники