RU

“Həmrəyliyimizi qorumalı, bölücü meyillərdən çəkinməliyik” – Ramin Əhmədov

Dövlətimiz Qarabağı dirçəldir. Möhtərəm Prezidentimiz İlham Əliyev ermənilərin viran qoyduğu yerləri yenidən qurur, göz oxşayan evlər, infrastruktur obyektləri tikilir. Paralel şəkildə BÖYÜK QAYIDIŞ proqramı icra olunur, insanlarımız mərhələli şəkildə öz yurd-yuvalarında yeni mənzillərə köçürlər. Asan proses deyil təbii ki.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün facebook səhifəsində paylaşıb.

Ramin Əhmədov bildirib ki, Dövlətimiz bu işin də öhdəsindən məharətlə gəlir. Növbə ilə hamı yeni mənzillərə köçürüləcək və orada əbədi məskən salacaqlar:

Bizim üzərimizə düşən vəzifə odur ki, bu mərhələdə də həmrəyliyimizi qoruyaq, bölücü meyillərdən çəkinək. Yerli, məcburi köçkün, Bakı sakini, Qarabağlı söhbətlərinin yeri yoxdur. Hamımız Qalib ölkənin vətəndaşlarıyıq!”.

Ramin Əhmədov onu da qeyd edib ki, bizi istəməyən qüvvələr son günlər yayılmış xoş olmayan müzakirələrdən yararlanmağa, Böyük Qayıdış kimi tarixi prosesə kölgə salmağa çalışırlar:

“Buna imkan verməməliyik! Bir-birimizə qarşı anlayışlı, səbirli davranmalıyıq ki, Prezidentimiz ətrafımızda qurulan böyük və məkrli oyunların da öhdəsindən gələ bilsin! Həmrəyliyimiz əbədi olmalıdır! Bakılı, şəkili… qarabağlı söhbətlərinə son qoyaq. Hamımız AZƏRBAYCANLIYIQ VƏ BUNUNLA DA FƏXR ETMƏLİYİK!”- deyə TAİB təsisçisi vurğulayıb.

İstinad: Missiya.az

Избранный
16
2
veteninfo.az

3Источники