RU

Yəqin ki, Benfika nın məşqçiləri Qarabağ ın Braqa ilə oyunlarları analiz edib MÜSAHİBƏ

Sportal.az saytına istinadən ain.az xəbər verir.

"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" bu gün Çempionlar Liqasının yeni formatında ilk oyununa çıxacaq. Son görüşdə "Zirə"yə qarşı matçda "Qarabağ"ın performansını necə dəyərləndirirsən?

- “Zirə” ilə görüşdə “Qarabağ”ın ən yaxşı oyununu oynadığını söyləyə bilmərəm. Əlbəttə ki, “Zirə”nin də çıxışını dəyərləndirmək lazımdır. “Qarabağ”ın futbolçularının millinin düşərgəsində olduğuna görə, bu oyuna tam heyətlə hazırlaşmaması da səbəblərdən biridir. Bu gün isə “Qarabağ” tam başqa atmosferdə oyuna çıxacaq. Çempionlar Liqasının ilk oyunu çox məsuliyyətli sınaqdır.

- Necə düşünürsən, "Qarabağ" səfərdə "Benfika" qarşısında hansı nəticəyə ümid edə bilər? Uğurlu nəticə gözləyirsən sabiq komandandan?

- "Benfika" hər mövsüm avrokuboklarda çıxış edən və Portuqaliyanın köklü klublarından biridir. Baxmayaraq ki, hazırda Portuqaliyada 5-ci yerdədir, bizi kifayət qədər ağır oyun gözləyir. Fikrimcə, “Qarabağ” Portuqaliyadan bir xalla geri qayıda bilsə, bizim üçün yaxşı nəticə olacaq.

- "Qarabağ"dan "Braqa" ilə görüşlərdə də gözləntilər yüksək deyildi, amma təmsilçimiz uğur qazana bildi. Səncə, bu dəfə eyni ölkənin daha böyük klubuna qarşı oyun “Braqa” ilə görüşü xatırladacaq?

- Əminəm ki, “Benfika”nın məşqçiləri “Qarabağ”ın “Braqa” ilə oyunlarını analiz edib. Onlar “Qarabağ”a daha ehtiyatlı və hörmətlə yanaşacaqlar. Odur ki, biz “Qarabağ” – “Braqa” oyunundan tam fərqli oyun izləyəcəyik.

- "Qarabağ"ın hücumçu transfer etməməsi çox müzakirə olundu və klub tənqid edildi. İndi isə Nəriman Axundzadə də zədəlidir. Sırf hücumçu Musa Qurbanlıdır. "Zirə" ilə görüşdə isə vinger Kamilo Duran hücumçu kimi oynamışdı. Səncə, irəli xətdə Duranın oynaması yaxşıdır, yoxsa Musanın?

- "Zirə” ilə matçda hücumdakı boşluq özünü kifayət qədər biruzə verdi. Nərimanın zədələnməsi də məşqçilər korpusuna əlavə çətinlik yaradır. Fikrimcə, bu gün start heyətində hücum xəttində Kamilo Duran yer alacaq.

- Ümumiyyətlə, "Qarabağ"ın bu mövsüm ÇL-də təxmini necə xal toplaya biləcəyini düşünürsən? Hansısa böyük sürprizə inanırsan? Rəqiblər "Liverpul", "Çelsi", "Napoli", "Atletik"(Bilbao), "Kopenhagen", "Ayaks" və "Ayntraxt"(Frankfurt) klubudur...

- Etiraf edək ki, qrupumuzdakı bütün komandalar top klublardır. Bəlkə qismən “Kopenhagen”i bu siyahıya daxil etməmək olar. Buna görə də “Qarabağ”ın istənilən qələbəsi sensasiya kimi qeydə alınacaq. Qrupdakı oyunları real dəyərləndirsək, “Qarabağ”ın 5-6 xal qazana biləcəyini düşünürəm.

- 2017/2018 mövsümündə "Qarabağ"ın ÇL-in qrupuna düşdüyü heyətlə indiki arasında fərq çoxdur? Hansı daha güclü görünür?

- Məncə, heyət olaraq 2017/2018 mövsümündəki daha güclü idi. İndiki heyət də qrup mərhələsinə düşməklə güclü olduğunu göstərir. Sadəcə indi ÇL-də həm reqlament fərqlidir, həm də rəqiblər çox güclüdür. “Qarabağ”ı bu kimi komandalara qarşı izləmək çox maraqlı olacaq.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
3
sportal.az

4Источники