RU

"İmişli"nin futbolçuları qalmaqallı oyuna görə mükafat alacaqlarmı? - AÇIQLAMA

Misli Premyer Liqasının 4-cü turunda Qubada meydan sahibi qismində "Sumqayıt"la qarşılaşan "İmişli" 1:0 hesablı qələbə qazansa da, protokolda olmayan futbolçunun - İbrahim Əliyevin matçın ikinci yarısında Ezekiel Morqanın əvəzinə meydana buraxılması komandanın əziyyətini yerə vurdu. Təbii ki, aran təmsilçisinə bu qayda pozuntusuna görə böyük ehtimalla, texniki məğlubiyyət veriləcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik bu qarşılaşma üçün texniki heyətə vəd edilən mükafatı ödəməyib. 

Futbolçular isə alın təri ilə qazandıqları 3 xalın texniki xəta üzündən əllərindən alınmasının onların günahı olmadığı qənaitindədirlər və klub bosslarından vəd olunan mükafatı istəyirlər. Məsələyə aydınlıq gətirmək məqsədi ilə "İmişli"nin sözçüsü Leyla Behbudlu ilə əlaqə saxladıq. Onun söylədikləri belə oldu: "Hazırda adı protokolda olmayan futbolçunun meydana çıxmasının səbəbləri araşdırılır. Mükafata gəlincə, futbolçular vəd olunan pulu alacaqlar".

Nihat
 

Избранный
107
fanat.az

1Источники