RU

Ərdoğan: Türkiyə Suriyanı dəstəkləməyə davam edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının fövqəladə birgə sammiti çərçivəsində Dohada Suriyanın müvəqqəti prezidenti Əhməd Şəra ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. Ərdoğan bildirib ki, Şaranın BMT Baş Assambleyasının sessiyasında iştirakı tarixi əhəmiyyət kəsb edir. Ərdoğan Türkiyənin Suriyaya dəstəyini davam etdirəcəyini də qeyd edib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafı istiqamətində işlər aparılır.

Türkiyə prezidenti həmçinin Suriyanın birlik və bütövlüyünü vurğulayaraq, Suriyadakı müxtəlif ünsürləri birləşdirmək üçün addımlar atdıqlarını qeyd edib.

Избранный
88
operativmedia.az

1Источники