Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə şəhidlərimizin xatirəsi anılıb, dövlət himni səsləndirilib.
Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov daxili işlər naziri Vilayət Eyvazovun təbriklərini çatdırıb.
“Əlaçı kursant” və “İdmançı kursant” döş nişanları təqdim olunub, yüksək bal toplayaraq Akademiyaya qəbul olunan gənclər mükafatlandırılıb.
I kurs kursantları Polis Andını qəbul ediblər, şəxsi heyət təntənəli keçid edib və fləşmob nümayiş olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта