BAKI, 16 sentyabr. TELEQRAF
“Rusiya “İnterviziya” beynəlxalq mahnı müsabiqəsinin iştirakçıları arasında Ermənistandan olan ifaçıları görməyə şad olardı”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov müsabiqəyə hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.
“Erməni dostlarımız müsabiqənin keçirildiyini yaxşı bilirdilər, iştirakçılar arasında niyə Ermənistanın mədəniyyətinin nümayəndəsinin olmaması sualı bizimlə bağlı deyil. Biz hamını, o cümlədən erməni dostlarımızı da görməyə şad olardıq”, - nazir qeyd edib.
Xatırladaq ki, “İnterviziya” Rusiyanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə alternativ olaraq yaratdığı müsabiqədir.