RU

Türkiyə Ermənistanla sərhədi minalardan tam təmizlədi

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa İttifaqı və Türkiyə Müdafiə Nazirliyinin birgə həyata keçirdiyi 23,8 milyon dollarlıq üç illik layihə çərçivəsində Türkiyənin şərq sərhədləri boyunca 94 mina sahəsi və 50 min mina təmizlənib.

Turkustan.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının Türkiyə nümayəndəliyindən verilən məlumata görə, layihə çərçivəsində Ermənistan və İranla sərhəddə 4,2 milyon kvadratmetr ərazi vətəndaşlar və sərhəd xidməti əməkdaşları üçün təhlükəsiz vəziyyətə gətirilib.

Bundan əlavə, ölkədə aktiv olan bütün mina sahələrinin xəritələşdirilməsi başa çatıb.

Bu proqramın həyata keçirilməsi üçün Avropa İttifaqı 21,3 milyon dollar, Türkiyə isə 2,5 milyon dollar ayırıb.

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Louise Vinton qeyd edib ki, minalardan təmizlənmə sərhədçilərin, çobanların və sadə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusilə vacibdir./publika.az

Избранный
35
1
turkustan.az

5Источники