RU

Deputat: Bakıda adına küçə və prospektlər olan şəxslərin kimliyi barədə məlumat yoxdur

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Bakıda adına küçə və prospektlər olan şəxslərin kimliyi barədə məlumat yoxdur".

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, həmin küçələrdə bu insanların barəsində məlumat lövhələri yerləşdirilməlidir:

"Yaxşı olardı ki, adına küçə və prospekt olan həmin insanlar haqqında, onların xalq qarşısında xidmətləri haqqında da məlumat göstərilsin. Elə adlara rast gəlirik ki, onların kim olduğunu bilmirik".

Deputat qeyd edib ki, bu məlumat sakinlərin tariximiz və həmin insanların xidmətləri haqqında bilgilər əldə etməsinə kömək edəcək.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
1
oxu.az

2Источники