Bakı, 16 sentyabr, AZƏRTAC
Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasim Təzəpir məscidində baş tutub.
Tədbirdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq.