RU

Tahir Rzayev: Milli kimliyimizə uyğun olmayan küçə adları dəyişdirilməlidir

Bəzi küçə adları Azərbaycanın milli mövqeyinə uyğun  deyil və onların dəyişdirilməsini vacibdir. Bunu Milli Məclisin deputatı Tahir Rzayev bildirib. 

“Azərbaycanı, dilimizi qorumalıyıq. Bəzi hallarda bunu etmirik. Elə küçələr var ki, milli dəyərlərimizə yaddır. Yaxşı olar ki, həmin küçələrin adlarının dəyişdirilməsi ilə bağlı təşəbbüs qaldırılsın,” – deputat qeyd edib.

Rzayev əlavə edib ki, ölkədə çoxsaylı qəhrəmanlar var və həmin küçələrə onların adlarının verilməsi tarixi ədalətin bərpası baxımından vacibdir.

Gülnar Nazimqızı

Избранный
40
1
anews.az

2Источники