RU

Əmanətə Sədaqət layihəsinin yeni iştirakçıları ilə görüş keçirildi FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Birliyin sədri Sevinc Alızadə və "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş yeni tələbə adını qazanan şəhid övladlarını təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.

Avtosfer.az xəbər verir ki, günün davamında iştirakçılar "Dreamland Baku’’da qolf oyunu oynayaraq əyləncəli vaxt keçiriblər.

Görüşün sonunda tələbə şəhid övladlarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Azərlotereya"nın birgə həyata keçirdiyi "Əmanətə Sədaqət" layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları təqaüdlə təmin olunur. İndiyədək 148 şəhid əmanətini əhatə edən bu sosial layihəyə bu il 35 yeni iştirakçı qoşulub. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
40
18
avtosfer.az

10Источники