RU

Xalq artisti Hacı Murad Yagizarovla vida mərasimi keçirilir, Prezident və birinci xanım əklil göndərib - FOTO

Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.

APA xəbər verir ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Murad Yagizarovun vida mərasiminə əklil göndəriblər.

Qeyd edək ki, o, II Fəxri xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun nəşi bu gün səhər Azərbaycana gətirilib.

Xalq
Избранный
40
21
apa.az

10Источники