Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2026-cı ildə Azərbaycanda əhalinin gəlirlərinin 97,4 milyard manat olacağı proqnozlaşdırılır.
Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb
Sənədə əsasən əhalinin gəlirləri 2027-ci ildə 105,3 milyard manata, 2028-ci ildə 113,4 milyard manata, 2029-cu ildə isə 123,2 milyard manata yüksələcək.
Qeyd edilib ki, əhalinin xərcləri 2026-cı ildə 95,5 milyard manat, 2027-ci ildə 103,3 milyard manat, 2028-ci ildə 111,2 milyard manat, 2029-cu ildə isə 120,6 milyard manat səviyyəsində gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 57 milyard 939,3 milyon manat təşkil edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.