RU

Prospekt və küçələrə ad verilməsində dövlət dilinin normaları nəzərə alınacaq

BAKI, 16 sentyabr. TELEQRAF

Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.

Teleqraf xəbər verir ki, bu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Избранный
35
15
teleqraf.com

10Источники