RU

Azərbaycanda altı ali məktəb akkreditasiyadan keçirilib

2025-ci təqvim ilinin birinci yarısında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən 6 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Bunu  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib.

O qeyd edib ki, qrafikə uyğun olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Odlar Yurdu Universitetində institusional akkreditasiya qiymətləndirilməsi təşkil edilib.

Tural Əhmədov qeyd edib ki, həmçinin “Məktəbəqədər təhsil” ixtisası üzrə 7 ATM-də - Azərbaycan Dövlət Pedaqoji Universiteti (əsas kampus və Ağcabədi, Cəlilabad, Quba, Şəki filialları), Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetində proqram akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Избранный
50
11
anews.az

10Источники