Mövsümə uğursuz start verən "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" bir dönəm "Sportinq"də çıxış edən İdrissa Dumbiyanın heyətinə cəlb etməyi planlaşdırır.
27 yaşlı yarımmüdafiəçi hazırda azad agentdir.
Dumbiya "Sportinq"in heyətində 49 oyuna çıxıb. O, Lissabon klubundan başqa "Alanyaspor", "Axmat" və "Anderlext" klublarının da formasını geyinib.
Onun son klubu isə "Əl-Əhli" olub.
(azerisport.com)