RU

Tural Əhmədov: Bəzi xarici universitetlər siyahıya düşməmək üçün bizə müraciət edirlər

BAKI, 16 sentyabr. TELEQRAF

“Tanınmayan ali təhsil müəssisələrinin siyahısı yalnız lisenziya və akkreditasiyası olmayan qurumları əhatə edir”.

Teleqraf xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov mətbuat konfransında Teleqraf-ın sualını cavablandırarkən danışıb.

O bildirib ki, bu siyahının mövcudluğu bəzi yanlış yanaşmalara səbəb olur:

“Elə düşünülməməlidir ki, bizdə hansısa ağ və ya qara siyahı mövcuddur. Siyahıya yalnız lisenziyası və akkreditasiyası olmayan ali təhsil müəssisələri daxil edilir. Əgər hər hansı bir universitet sonradan bu tələbləri yerinə yetirirsə, siyahıya dəyişiklik olunur”.

Tural Əhmədov əlavə edib ki, bu siyahıda olmaq avtomatik olaraq tanınmanın rədd olunması anlamına gəlmir:

“Bəzi ali təhsil müəssisələri həmin siyahıya daxil edilməmək üçün birbaşa bizə müraciət edir. Onlar qanunvericiliyə uyğun şəkildə akkreditasiya almaq üçün
yerləşdikləri ölkələrdə müvafiq qurum tərəfindən buməsələsini qaldırırlar”.

Избранный
39
2
teleqraf.com

3Источники