ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Avstraliya İttifaqının Melburn şəhərində keçirilən ənənəvi “Tesselaar Tulip Festival”da (“Tesselaar Lalə Festivalı”) Azərbaycan ilk dəfə təmsil olunub. Məlumatı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Məlumata görə, komitənin dəstəyi və Avstraliya-Azərbaycan Assosiasiyaları Alyansının təşkilatçılığı ilə festivalda Avstraliyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan diasporunun nümayəndələri fəal iştirak ediblər.
Festival çərçivəsində Azərbaycana aid xüsusi guşə yaradılıb. Burada ölkəmizin zəngin mədəni irsindən, milli musiqisindən və rəqs sənətindən nümunələr ziyarətçilərə təqdim olunub. “AYTAY” musiqi qrupunun və “ADENA” rəqs qrupunun çıxışları tamaşaçılara yaddaqalan anlar yaşadıb.
Festivalda Azərbaycanla eyni gündə Türkiyə Respublikası da öz milli mədəniyyətini təqdim edib.
P.ƏmircanovXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.