RU

"Fələstin dövlətini tanımaq niyyətindəyik" - Kanadanın baş naziri

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Kanadanın baş naziri Mark Karni Fələstin dövlətini tanımaq niyyətini bir daha bəyan edib.

Fransa prezidenti Emmanuel Makronun Misir, İordaniya, Qətər və Böyük Britaniya liderləri ilə Yaxın Şərq görüşündən sonra Karninin ofisi bəyanat yayıb.

Karni Fələstinin tanınması üçün şərtləri açıqlayıb.

Açıqlamada, "Baş nazir Karni bu ayın sonunda keçiriləcək BMT Baş Assambleyasının 80-ci iclası ərəfəsində Fələstin Dövlətini tanımaq niyyətini təkrarladı. Bu niyyət 2026-cı ildə HƏMAS-ın heç bir rolu olmayacaq ümumi seçkilərin keçirilməsinə, lazımi islahatların həyata keçirilməsinə və Fələstin Dövlətinin silahsızlaşdırılmasına əsaslanır".

Açıqlamada Karninin də görüş zamanı İsrailin hücumlarından sonra Qətərlə həmrəylik ifadə etdiyi, hücumun Qətərin suverenliyini pozduğu və bölgədə qarşıdurma riskini artırdığı vurğulanıb. Açıqlamada Karninin iki dövlətli həll yolunu dəstəklədiyini təkrarladığı qeyd edilib.

Bəyanata görə, liderlər regionda sülh və təhlükəsizliyin artırılması, daimi atəşkəsin yaradılması, bütün məhbusların azad edilməsi, HƏMAS-ın tərksilah edilməsi və fələstinli mülki şəxslərə həyati əhəmiyyət kəsb edən yardımların göstərilməsi ilə bağlı razılığa gəliblər.

Избранный
24
kommersant.az

1Источники