RU

Beyin qocalmasına qarşı ən yaxşı dieta


Beyin qocalmasını yavaşlatmaq üçün ən yaxşı pəhriz seçilib.

“Medicina” xəbər verir ki, Ben-Qurion, Harvard və Leypsiq universitetlərinin alimləri müəyyən ediblər ki, Aralıq dənizi pəhrizinin yaşıl çayla zənginləşdirilmiş xüsusi variantı beynin qocalma prosesini ləngitməyə kömək edir.


18 ay davam edən təcrübədə 300-ə yaxın insan iştirak edib. Onlar üç pəhriz nümunəsindən birinə riayət ediblər: standart sağlam pəhriz, klassik Aralıq dənizi pəhrizi və ya “yaşıl” növ.

Aralıq dənizi pəhrizi Yunanıstan, İtaliya, İspaniya və digər Aralıq dənizi ölkələrinin sahil bölgələrində yaşayan insanların ənənəvi yemək vərdişidir.
Bu, çox miqdarda tərəvəz, meyvə, balıq, dəniz məhsulları və qoz-fındıqla zəngindir.


"Yaşıl" növ yaşıl çay və mankay bitkisi ilə tamamlanır. Bu tərəvəz bitkisi su bitkiləri ailəsinə aiddir və suyun səthində sərbəst üzən dördyarpaqlı yoncaya bənzəyir.

Bir qan testi göstərdi ki, üçüncü qrupdakı iştirakçılarda beyin qocalmasının sürətlənməsi ilə əlaqəli zülalların səviyyəsi aşağıdır. Tədqiqatçılar bu təsiri yaşıl çay və mankayda olan antiinflamatuar birləşmələrlə əlaqələndirirlər.

Onların fikrincə, bu cür məhsullar dietanı qoz-fındıq və zeytun yağı kimi sağlam yağlarla tamamlaya bilər. Sonuncular neyron örtüklərinin yaradılmasına kömək etmək və hüceyrələri oksidləşmədən qoruyaraq beynin funksiyalarını yaxşılaşdırır.


Aygün Musayeva


Избранный
35
medicina.az

1Источники