RU

138 nəfər peşə ixtisasları üzrə uğur qazanıb

Qeyri-formal və informal təhsildə peşə ixtisasları üzrə müraciətlərin nəticələri açıqlanıb

AzEdu.az xəbər verir ki, bu barədə media üçün təşkil edilmiş brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.

Sədr bildirib ki, cari il ərzində QFİTT sahəsində müxtəlif peşə ixtisasları üzrə Agentliyə ümumilikdə 226 müraciət daxil olub. Bu ixtisaslara “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”, “Bərbər”, “Dərzi”, “Kompüter operatoru”, “Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “Zərgər”, “Elektrik qaz qaynaqçısı” və “Təmirçi-çilingər” daxildir.

"200 müraciətçi ilkin nəzəri imtahanlara cəlb olunub. Onlardan 167 nəfər məqbul, 33 nəfər isə qeyri-məqbul nəticə göstərib.

Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədini əldə edib, qalan 7 nəfər isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir".

Избранный
39
azedu.az

1Источники