RU

İbtidai sinif müəllimlərinin 90%-i peşə imtahanında uğursuz olub

“İbtidai sinif müəllimliyi” ixtisasında peşə imtahanında namizədlərin 90%-i uğursuz olub

AzEdu.az xəbər verir ki, bu barədə media üçün təşkil edilmiş brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.

Sədr bildirib ki, 23 iyun 2025-ci il tarixində TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib. Yəni, hər 10 iştirakçıdan 9-u imtahanda uğursuz olub, yalnız 1 nəfər uğurlu nəticə göstərib.

Tural Əhmədov əlavə edib ki, uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə və Gürcüstan ali təhsil müəssisələrinin məzunlarının payına düşür.

Sədr qeyd edib ki, TKTA-nın təhlillərinə görə, peşə imtahanında uğursuz olan şəxslər əsasən ali təhsil müəssisələrinə ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.

Избранный
40
8
azedu.az

10Источники