RU

Çin rəsmisi: Təhlükəsizlik sahəsində Ermənistanla əməkdaşlığa hazırıq

BAKI, 16 sentyabr. TELEQRAF

Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Pekində Çinin ictimai təhlükəsizlik naziri Van Syaoxunqla görüşüb.

Teleqraf xəbər verir ki, çinli nazir görüşdə Ermənistanın müvafiq qurumları ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Syaoxunq Ermənistan-Çin strateji tərəfdaşlığının dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığını, müxtəlif sahələri, o cümlədən ictimai təhlükəsizlik və hüquq-mühafizə orqanları arasında əməkdaşlığı əhatə etdiyini qeyd edib.

İctimai təhlükəsizlik naziri çıxışında Ermənistanın yüksək rütbəli rəsmilərinin Çinə son səfərlərini vurğulayaraq bildirib ki, Pekin Ermənistanla mühüm sazişləri həyata keçirməyə, hüquq-mühafizə və təhlükəsizlik sektorlarında əməkdaşlıq yolları yaratmağa hazırdır.

Görüş zamanı tərəflər digər ikitərəfli məsələlər də müzakirə olunub.

Görüşün sonunda Poqosyan və Syaoxunq Ermənistanla Çinin hüquq-mühafizə orqanları arasında mövcud əlaqələrin institusional möhkəmləndirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.

Избранный
18
teleqraf.com

1Источники