Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 95% icra olunub.
Uzunluğu 123,6 km olan əsas yolun tikintisi hazırda 95% səviyyəsində tamamlanıb.
Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.
• Yolun eni: 14–21 metr
• Torpaq yatağının eni: 21,5–29,5 metr
• Hərəkət zolaqlarının sayı: 4–6
Bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.
Tarix: 16 Sentyabr 2025, 11:26