RU

BMT-dən İsrail liderlərinə Fələstinlə bağlı ağır ittihamlar

BAKI, 16 sentyabr. TELEQRAF

“İsrail Baş naziri Benyamin Netanyahu, eləcə də bu ölkənin digər aparıcı siyasətçiləri Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımı qızışdırıblar”.

Teleqraf xəbər verir ki, BMT-nin Fələstin və İsrail ərazilərində baş verən hadisələri araşdıran beynəlxalq araşdırma komissiyasının ekspertləri belə qənaətə gəliblər.

“Komissiya həmçinin belə qənaətə gəlib ki, İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant soyqırımının törədilməsinə təhrik ediblər və İsrail hakimiyyəti onları bu təhrikə görə cəzalandıra bilməyib”, - komissiyanın hesabatında deyilir.

BMT ekspertləri qeyd ediblər ki, onlar bütün İsrail siyasətçilərinin bəyanatlarını təhlil etməyiblər.

Komissiyanın sədri Navi Pillayın sözlərinə görə, beynəlxalq ictimaiyyət İsrailin Qəzzad zolağındakı hərəkətlərinə səssiz qala bilməz: “Soyqırımının aydın əlamətləri və dəlilləri görünəndə onun qarşısını almaq üçün hərəkətə keçməmək şərikliyə bərabərdir”.

Избранный
28
2
teleqraf.com

3Источники