RU

Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim Namiq Qaraçuxurlu

ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Meyxanaçı Namiq Qaraçuxurlu uzun zaman sonra canlı yayımda qonaq olub.

AZXEBER.COM xəbər verir ki, o, "Rəngarəng" verilişinə qatılıb.

Sənətçi xəyanətlə bağlı verilən suala maraqlı cavabı ilə diqqət çəkib:

"Xəyanəti heç vaxt bağışlamıram, bağışlamazlar! Xəyanətin dərəcəsi, növü olmur. Mən samballı adamam, elə samballı xəyanətdən də danışıram. Həyatda çox böyük peşmanlıqlarım yoxdu. Bəzən onları gözümdə böyüdürəm, amma onlara böyük peşmanlıq adı vermək olmaz".

Qaraçuxurlu anasının xəstəliyi dönəmində yaşadığı çətin günlərdən də danışıb:

"Mən yükü çiynimdə daşıyanda dərdi içimdə çəkirəm, öz başıma çox danışıram. Dərdimi heç kimə bildirmirəm. Bəzən də daha ağır hayqırtılarım olur. Bu da xarakterimdən irəli gəlir. Anam xəstə olanda illərlə dərdimi içimdə çəkmişəm. Anamın ölümünü qardaşımın sosial şəbəkə paylaşımından gördüm, o bilmirdi mən onu görürəm. Uzaqdayam deyə mənə deməmişdilər, Moskvada idim. Səhərisi gün qayıtdım və hava limanından bir başa məzarlığa getdim. Onun məzarında olanda yenə insan içində ağıaya bilmədim, kənara çəkilib nəfəsim kəsilənə kimi ağladım. Mən istəmirəm kimsə məni sınmış görsün, bunu sevmirəm. 

Aysel

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
azxeber.com

1Источники