RU

Vəkillər məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdikdə özlərini müdafiə edə biləcəklər

Vəkillər məhkəmədə təqsirləndirilən şəxs qismində çıxış etdikdə özlərini müdafiə edə biləcəklər.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual və Mülki Məcəllələrə dəyişiklik təklif edilir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq dəyişikliyə əsasən, vəkil hərbi xidmət qulluqçusu olduqda, ona xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, tutulduqda, yaxud qətimkan tədbiri qismində həbs tətbiq edildikdə və mənafeləri arasında ziddiyyət mövcud olan təqsirləndirilən şəxsdən biri olduqda müdafiəçidən imtina edə və özü özünü təmsil edə biləcək.

Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, eyni imtiyaz kassasiya instansiyası məhkəməsində də şamil ediləcək.

Избранный
37
9
olke.az

10Источники