RU

“Bu, Rusiyanın NATO-ya qarşı nəbz yoxlaması idi” - Politoloqdan şərh

“Rusiya NATO-nun reaksiyasını yoxlamaq üçün nəbz yoxlaması həyata keçirdi”

Politoloq Anar İsayev News365.az-a açıqlamasında bildirib ki, son hadisələr təsadüfi olmayıb, bu, Rusiyanın NATO ölkələrinin reaksiyasını ölçmək üçün atdığı addım kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, hava sərhədlərinin pozulması ilə Moskva yoxlamaq istəyirdi ki, Avropa dövlətləri və NATO üzvləri real qarşıdurmaya gedə biləcəkmi:

“Bu, əslində bir nəbz yoxlanışı idi. NATO dövlətinin hava sərhədi pozuldu və baxıldı ki, doğrudanmı, daim Rusiyanı təhdid edən, Ukraynaya ciddi dəstək göstərən Avropa ölkələri sərt reaksiya verə biləcəkmi. Faktiki olaraq, hadisədən sonra yalnız bəyanatlar səsləndi”.

İsayev qeyd edib ki, bəyanatlardan sonra müəyyən hərbi hazırlıqlar müşahidə olunub:

“Polşa, Rumıniya və Slovakiyada NATO-nun müdafiə hazırlıqları gücləndirildi. Quru qoşunlarının göndərilməsi, hava hücumundan müdafiə sistemlərinin və qırıcı təyyarələrin yerləşdirilməsi artıq Avropa dövlətlərinin Rusiyaya qarşı potensial hücuma hazır olduğunu göstərir”.

Politoloqun sözlərinə görə, bu hadisə həm də Rusiyanın sınağı idi:

“Mən düşünürəm ki, Moskva test edirdi — görək, NATO dövlətləri təzyiq göstərə biləcəkmi, real qarşıdurmaya gedəcəkmi, yoxsa bu, sadəcə bəyanat səviyyəsində qalacaq. Bu baxımdan hadisə həm siyasi, həm də hərbi baxımdan ciddi provokasiya xarakteri daşıyırdı”.

Избранный
60
news365.az

1Источники