RU

Azərbaycan gələn il böyük həcmdə borc alacaq Maliyyə Nazirliyi AÇIQLADI

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

2,5 milyard manata yaxın borc isə qaytaracaq

Azərbaycan 2026-ci ildə dövlət büdcəsinin 3 milyard 125,6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borclanma 2 milyard 600,6 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 83,2 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2026-cı ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 400 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına isə 125 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır. Gələn il bu maliyyələşdirmədə məqsədli büdcə fondlarının vəsaitinin qalığı nəzərdə tutulmayıb. 

2026-cı ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 457,6 milyon manat olması nəzərdə tutulur.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
2
azpolitika.info

3Источники