RU

Xalq artisti Hacı Murad Yegizarovun qardaşı: On ildir xəstəliklə mübarizə aparırdı, təəssüf, onu itirdik

"On ildir ki, xəstəliklə mübarizə aparırdı, çox təəssüf, biz onu itirdik".

APA xəbər verir ki, bu sözləri Xalq artsti Murad Yegizarovun qardaşı Rəsul Yegizarov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu müddət ərzində qardaşı kifayət qədər dəstək və qayğı görüb: “Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm”.

Rəsul Yegizarov Azərbaycan mədəni ictimaiyyətinə bu ağır itki ilə bağlı başsağlığı verib.

Избранный
28
1
apa.az

2Источники