RU

Özbəkistan Rusiyaya nota verib | VİDEO

AzVision.az “Gazeta.uz” nəşrinə istinadən xəbər verir ki, Özbəkistanın Vladivostokdakı baş konsulu Yusup Kabuljanov belə bəyanatla çıxış edib.

"Vətəndaşlarımız adından Vladivostok şəhər Daxili İşlər idarəsinə rəsmi məlumat verilib. Həmçinin Rusiya Xarici İşlər nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk diyarının prokurorluğuna bu məsələ ilə bağlı bütün lazımi tədbirlərin görülməsinin zəruriliyi barədə notagöndərilib”, - Kabuljanov deyib.

Qəzet yazır ki, Özbəkistanın Ekologiya nazirinin müşaviri, qanunvericilik palatasının keçmiş deputatı Rəsul Kuşerbayev bundan əvvəl Vladivostokda bir qrup rusiyalı gəncin Özbəkistandan olan əmək miqrantlarına hücum çəkərək onları təhqir etdiyini bildirmişdi.

Sentyabrın 16-da Primorsk diyarı hökumətinin mətbuat xidməti “TASS” agentliyinə Vladivostokda Özbəkistan vətəndaşlarına hücumda şübhəli bilinənlərdən bəzilərinin saxlanıldığını deyib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücuma məruz qalan əcnəbilər Primoryedə qanuni şəkildə olublar.

Bundan əvvəl Primorye prokurorluğu Xabarovskaya küçəsi ərazisində yeniyetmələrin yoldan keçənlərə hücumu ilə bağlı məlumatın ortaya çıxmasından sonra araşdırmaya başlayıb.

Sonra İstintaq Komitəsinin regional şöbəsi “xuliqanlıq hərəkətləri” törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmələrə və onun digər cinayət ortaqlarına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işinin başlandığını açıqlayıb.
İstintaq Komitəsi təqsirləndirilən şəxslərin şəxsiyyətinin müəyyənləşdirildsiyini, onlardan birinin saxlanıldığının, daha iki nəfərin isə axtarışda olduğunu elan edib.

Xatırladaq ki, sentyabrın əvvəlində Özbəkistan Rusiya Xarici İşlər nazirliyinə başqa bir video ilə bağlı da nota göndərib. Həmin materialda bir kişi digərinin üstünə qışqıraraq onu“qul” adlandırıb. Bunu taksi sürücüsünə, özbək miqrantına deyiblər və kadrların özü isə Moskva vilayətində lentə alınıb. Rəsmi Daşkənd özbəyi təhqir edən şəxs barəsində tədbir görülməsini istəyib.

İyun ayında isə Özbəkistan hakimiyyəti Moskvanın Sokolniki rayonunda sənədlərdəki problemlərlə bağlı çevik polisin basqınından sonra miqrantlarla rəftarına etiraz etmişdi.


Sahil İsgəndərov
AzVision.az

Избранный
9
1
azvision.az

2Источники