RU

İranda ard-arda zəlzələlər olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün səhər saatlarında Buşehr əyalətinin Əsəluye şəhərində bir neçə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu baradə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, yerli vaxtla saat 00:33-də 27 kilometr dərinlikdə Rixter cədvəli üzrə 4.1 bal gücündə ilk zəlzələ qeydə alınıb.
Bundan yeddi dəqiqə sonra bölgədə 3.7 bal gücündə ikinci təkan baş verib. Daha sonra saat 01:43-də isə 2.9 bal gücündə üçüncü zəlzələ müşahidə olunub.
Zəlzələlər nəticəsində dağıntı və insan itkisi ilə bağlı məlumat verilməyib.
Избранный
84
50
oxu.az

10Источники