RU

İsrail Qəzzaya qurudan hücuma başladı

Sentaybrın 15-də şəhərə daxil olan İsrail tankları hava zərbələrindən sonra əraziyə yerləşdirilib.

Axios yazır ki, əməliyyat ABŞ dövlət katibi Marko Rubionun Baş nazir Benyamin Netanyahu ilə görüşündən bir neçə saat sonra gerçəkləşib. Rubio Tramp administrasiyasının quru əməliyyatını dəstəklədiyini, lakin tez başa çatdırılmasını istədiyini bildirib.

Tramp isə HƏMAS-ı saxladığı girovlara zərər verməməyə çağırıb. Girovların ailələri hökumətin qərarının onların yaxınlarını təhlükəyə atdığını bildirir.

İDF daha əvvəl şəhərə zərbələri intensivləşdirib, HƏMAS-ın istifadə etdiyi iddia edilən obyektləri dağıdıb və əhalini “humanitar zonalara” köçməyə çağırıb. Rəsmi məlumata görə, artıq 300 min fələstinli Qəzzanı tərk edib.

Axios əməliyyatı müharibənin eskalasiyası kimi qiymətləndirir və bunun humanitar böhranı daha da dərinləşdirəcəyini yazır.

Xəbər 3 dəfə oxunub.
Избранный
34
xezernews.az

1Источники