RU

Tanışlıq saytları barədə HƏQİQƏTLƏR AÇILDI

2025-ci ildə dərc olunan tədqiqat kişilərin və qadınların tanışlıq tətbiqlərindən fərqli şəkildə istifadə etdiyini ortaya qoyub.

Bizim.Media xəbər verir ki, ABŞ psixoloqu Mark Trevers bu nəticələri təhlil edib.

Aparılan araşdırmada Çexiyaya məxsus tanışlıq tətbiqinin təxminən 3000 heteroseksual istifadəçisinin məlumatları təhlil olunub.

Araşdırmanın nəticələri:

Kişilər qadınlara daha çox "layk" qoyur, xüsusən də onları özlərindən daha cəlbedici hesab etdikləri qadınlara.

Qadınlar isə seçimdə daha ehtiyatlıdırlar və adətən özləri ilə eyni və ya bir qədər az cəlbedici hesab etdikləri kişilərlə ünsiyyətə girirlər.

Tətbiqdə cəlbedicilik reytinqi çox qeyri-bərabər formalaşır. Az sayda istifadəçi (əsasən qadınlar) çox sayda "layk" alır, bir çoxları isə demək olar ki, diqqətsiz qalır.

Maraqlıdır ki, hətta ən cəlbedici kişilər belə, digər istifadəçilər tərəfindən "ortalama səviyyədən aşağı" qiymətləndirilən qadınlardan daha az "layk" alırlar. Bunun səbəbləri arasında platformada kişilərin sayının qadınlardan çox olması və mədəni gözləntilər (ilk addımı kişilərdən gözləmək) göstərilir.

Psixoloq Trevers qeyd edir ki, bu, tanışlıq bazarında "tələb-təklif disbalansı" yaradır: çox sayda kişi nisbətən az sayda qadın uğrunda rəqabət aparır. Tinder kimi platformalarda kişilər əsas istifadəçi çoxluğunu təşkil etdiyindən, qadınların daha çox seçim və üstünlük imkanları olur.
 

Tədqiqat həmçinin göstərib ki, qadınların ehtiyatlı yanaşması onların təkcə xarici görünüşə deyil, həm də dəyərlərə, uyğunluğa, ortaq maraqlara və qarşı tərəfin maraqlanma səviyyəsinə diqqət yetirməsinə şərait yaradır. Bu isə daha uğurlu və mənalı münasibətlərin yaranmasına kömək edir.



Trevers vurğulayır ki, kişilər "öz liqalarından kənar" qadınlara nə qədər "layk" etsələr də, yalnız qarşılıqlı maraq və cəlbedicilik balansı real görüşlərə və münasibətlərə gətirib çıxarır. (Lent.az)

Bizim.Media

Избранный
23
bizim.media

1Источники