RU

İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi oldu


İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç yeni rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Opta Paolo “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Belə ki, o, klubda oynamış Nils Lidholmun rekordunu təzələyərək (38 yaş 169 gün - 26 mart 1961-ci il), İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi olub.
Modriç bu qolu İtaliya çempionatının 3-cü turunda “Boloniya” ilə oyunda (1:0) vurub.
Qeyd edək Modriç “Milan”a yay transfer pəncərəsində azad agent kimi qoşulub.
Избранный
21
1
yeniavaz.com

2Источники