Bakı, 16 sentyabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələyə start veriləcək.
AZƏRTAC xəbər verir ki, I turun ilk oyun günündə 6 görüş reallaşacaq.
İspaniya təmsilçisi “Real Madrid” doğma meydanda Fransanın “Marsel” klubunu, İtaliya “Yuventus”u isə "Borussiya"nı (Dortmund, Almaniya) qəbul edəcək. Azərbaycan çempionu “Qarabağ” isə Portuqaliyada “Benfika”nın qonağı olacaq.
Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
16 sentyabr
20:45. PSV (Niderland) - "Union" (Belçika)
20:45. "Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə)
23:00. "Real Madrid" (İspaniya) - "Marsel" (Fransa)
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)
23:00. "Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
23:00. "Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya)